<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>497</hymn_number>
<title>Onun işin görmək üçün qüvvəni Rəbdən istərik İL497</title>
<lyrics>[V1]
 Onun işin görmək üçün qüvvəni Rəbdən istərik,
 Kəlamını yaymaq üçün hara desə,biz gedərik.

[C1]
   Tanrı Özü yol göstərir Ona xidmət edənlərə,
   Gecikmədən cavab verir imanla diləyənlərə.

[V2]
 Səpdiyimiz Xilas sözü qoy düşməsin daşlıqlara,
 Gözəl bəhrə versin deyə düşsün münbit torpaqlara.

[V3]
 Dualarla suvararıq səpdiyimiz Xilas sözün,
 Səpən və suvaran bizik, yetişdirən Allah Özü.

[C2]
   Eşidin siz, ey insanlar, sizin üçün gözəl vaxtdır,
   Qəlbinizi Ona açın, Rəbbə deyin: «Burda taxt qur».</lyrics>
</song>